NATO Gürcüstan ərazisində hərbi təlim, tədris və islahatlar mərkəzi yaradacaq.
Teleqraf.com Gürcütsan mediasına istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib. Onun sözlərinə görə, NATO məsələ ilə bağlı Gürcüstana məsləhətləşmələr üçün ekspertlər göndərəcək.
Ekspertlərin qiymətləndirməsi və məsələnin tam razılaşdırılması sonunda mərkəzlərin yaradılmasına start veriləcək.
Samir