29 İyul 2022 09:23
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rus ordusu Xarkov şəhərinə raket zərbəsi endirib. Hazırda Ukrayna Fövqəladə Hallar Dövlət Xidmətinin xilasediciləri raket zərbəsi ilə vurulan yerlərdə işləyir.

Teleqraf.com xəbər verir ki, rus ordusu bu gün səhər saat 4:09-da rus Xarkov şəhərinin mərkəzi hissəsini vurub.

Şəhər meri İqor Terexov məlumatı təsdiqləyib.

O deyib ki, Xarkovun mərkəzi hissəsində iki partlayış baş verib.

Şəhər merinin sözlərinə görə, raketlərdən biri ikimərtəbəli evə düşüb. Artıq Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hadisə yerinə gəlib. Dağıntılar altında axtarışların başladığı bildirilib.

İkinci raket Xarkov ali təhsil müəssisələrindən birinin binasına dəyib.

“Hələlik nə qurbanlar, nə də ölənlər barədə məlumat var. Ümid edirəm ki, itkilərimiz olmayacaq”, - mer qeyd edib.


Müəllif: Nemət