1 Avqust 2022 15:47
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məlum olduğu kimi, Çinin tikilməkdə olan kosmik stansiya üçün göndərdiyi raketin qalıqları dünən Yerə çırpılıb. Kosmik tullantıların Yerə nəzarətsiz daxil olması səbəbindən bir çox ölkələr Çinə reaksiya verib.

Teleqraf.com xəbər verir ki, ötən həftə “Long March 5B” adlı raketini yeni kosmik stansiya üçün orbitə çıxaran Çin raket qalıqlarının nəzarətsiz şəkildə Yerin atmosferinə daxil olmasına icazə verib.

“Long March 5B” raketinin hissələri zərərsiz olaraq Hind okeanına düşüb. Çinin bu qərarı bütün dünyanın reaksiyasına səbəb oldu.

Çəkisi 25 tondan çox olan raket iyulun 24-də Vençanq kosmodromundan buraxılıb. Raket Çinin tikilməkdə olan Tianqonq kosmik stansiyasına yeni modul aparırdı.

Çinin Kosmos Agentliyi dünən bildirib ki, raketin qalıqlarının böyük əksəriyyəti eniş zamanı yanıb, qalan hissəsi isə okeana düşüb. Çinin açıqlamasında hansısa qalığın sahilə düşüb-düşmədiyi deyilməyib.

Mütəxəssislərin 55 metrlik nəhəng raketin Yer üçün ciddi problemlər yaradacağı xəbərdarlığına baxmayaraq, iyulun 24-də buraxılıb. Eirazlara rəğmən, təxminən 25 ton ağırlığında olan raket orbitə buraxılıb. Amma raket buraxıldıqdan bir həftə sonra nəzarətdən çıxıb və Yerə çırpılıb.

Qalıqların Malayziya üzərindən keçdiyi iddia edilib.

Başda NASA rəhbəri Bill Nelson olmaqla bir çox qurum Asiya ölkəsini bu addımına görə tənqid edib. O, Çinin “Long March 5B”-nin qalıqlarının Yerə çırpılacağı ilə bağlı ölkələri məlumatlandırmadığını deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər