1 Avqust 2022 16:14
950
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ələ keçirdiyi ərazilər və Krım vasitəsilə Ukraynanın müvəqqəti işğal olunmuş cənubuna çoxlu sayda qoşun yeridir. Bu, Silahlı Qüvvələrin əks-hücum əməliyyatı ilə bağlıdır.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin nümayəndəsi Vadim Skibitski deyib.

"Onlar qoşunlarının sayını artırır, bizim əks-hücumumuza hazırlaşır. Özlərinin də hücuma hazırlaşması istisna deyil. Cənub onlar üçün ilk növbədə Krıma görə əsasdır. İndi Rusiya ordusu işğal olunmuş ərazilərdə mövqelərini gücləndirməyə çalışır. Ölkəmizin cənubunda müvafiq istiqamətlərdə fəallıq artır”, - kəşfiyyatçı bildirib.

Skibitskinin fikrincə, strateji baxımdan Rusiyanın müharibədə qalib gəlmək şansı yoxdur. O əlavə edib ki, iki həftə əvvəl Rusiya Federasiyası Hava-Desant Qüvvələrinin taktiki qruplarını Donbasdan çıxararaq işğal altındakı Xersona köçürüb: "Slavyanska hücumda istifadə edilən və Belqorod vilayətində ehtiyatda olan Şərq Hərbi Dairəsinin qoşunları da köçürülür.

Buna baxmayaraq, Rusiya daha az intensivliklə də olsa, bu istiqamətdə irəliləməkdə davam edir".


Müəllif: Nemət

Oxşar xəbərlər