1 Avqust 2022 21:37
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstanın Batken vilayətində zəhərlənmə nəticəsində 89 nəfər xəstəxanaya yerləşdirilib.

Teleqraf.com xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyi Batken vilayətinin Kadamçay rayonunda kafedə kütləvi zəhərlənmə baş verdiyini bildirib.

Zəhərlənənlərin sayı 89 nəfərə çatıb. 16 nəfərin vəziyyəti, o cümlədən 2 uşaq yaxşılaşıb.

Zəhərlənənlər ötən şənbə “Almaz” adlı kafedə 250 nəfərin iştirakı ilə keçirilən toyda iştirak ediblər. Toyun menyusunda olan salat və ət toy təşkilatçıları tərəfindən evdə hazırlanaraq kafeyə gətirilibmiş.


Müəllif: Nemət

Oxşar xəbərlər