“Serbiya eyni anda üç kresloda otura bilməyəcək”.
Teleqraf.com xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Rəhbərliyi və sadə insanları bir-birindən ayırmalıyıq. Təbii ki, serb xalqına kömək etmək lazımdır və biz də onlara kömək edəcəyik, biz belə insanlarıq. Amma biz Serbiyanın Belarusla bağlı siyasətini nəzərə alırıq. Necə deyərlər, üç kresloda oturmaq istəsələr, alınmayacaq. Eyni anda Rusiya, Avropa Birliyi və Amerikanın kreslosunda oturmaq mümkün deyil. Onların bu kreslolardan ən çox arzuladıqları Avropa İttifaqında oturmalarına icazə verilməyəcək”, - Lukaşenko bildirib.