ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Taypeyə səfəri zamanı Çinin ən azı 21 döyüş təyyarəsi Tayvanın hava hücumundan müdafiə zonasına daxil olub.
Teleqraf.com xəbər verir ki, bu barədə adanın müdafiə departamenti öz saytında məlumat yayıb.
Qırıcılar adanın cənub-qərbindəki su sahəsinin ətrafında uçub.
Eyni zamanda, onlardan bəziləri Tayvan boğazının orta xəttinə yaxınlaşıb.
Uşuş vaxtları qeyd olunmayıb.