3 Avqust 2022 09:59
745
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gecə saatlarında Dnepropetrovsk vilayətinə hücum nəticəsində uşaq bağçası və kilsə vurulub.

Teleqraf.com xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyasının sədri Valentin Reznıçenko özünün Telegram səhifəsində məlumat yayıb:

"Gecə Rusiya ordusu Kryvorojski rayonuna hücum edib. Düşmən iki kəndi - Zelenodolskaya və Apostolovskoyu artilleriya atəşinə tutub. Apostolovskoy kəndi itki verməsə də dağıdılıb.

Zelenodolskayada böyük Kostromka kəndi vurulub. Orada uşaq bağçası və kilsə dağıdılıb. Elektrik xətti zədələnib, insanlar işıqsız qalıb. Təcili yardım briqadaları hadisə yerində işləyir”.


Müəllif: Nemət

Oxşar xəbərlər