4 Avqust 2022 09:50
1 380
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə 1 illik fasilədən sonra bu gün toplanacaq Ali Hərbi Şurada bir sıra mühüm məsələlər müzakirə olunacaq.

Teleqraf.com xəbər verir ki, ölkə daxilində və sərhədlər yaxınlığında terrorizmlə mübarizə çərçivəsində əməliyyatların davam etdiyi və Qara dənizdə sabitliyin hər zamankından daha vacib olduğu bu dövrdə mövcud vəziyyət və tarazlığın qorunması ilə bağlı qərarların veriləcəyi gözlənilir.

Bu çərçivədə Baş qərargah rəisi ordu generalı Yaşar Gülər, Hərbi Hava Qüvvələri komandanı general Həsən Küçükakyüz və Hərbi Dəniz Qüvvələri komandanı admiral Adnan Özbalın səlahiyyət müddətinin uzadılması planlaşdırılır.

Vəzifə dəyişikliyi ilə bağlı təyinatlarda bölgədə çalışan komandirlərin əldə etdikləri təcrübəsi, İraq və Suriyadakı əməliyyatlar, eləcə də Liviyadakı gəlişmələr nəzərə alınacaq.

Regional gəlişmələrə görə Şərqi Aralıq dənizi və Qara dənizi əhatə edən Şimal/Cənub dənizləri sahə komandirləri ön plana çıxacaq. Hərbi qulluqçuların bir il ərzində həyata keçirdikləri bütün fəaliyyətlər gündəmdə olacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər