Moskva vilayətinin Ximki məhkəməsi amerikalı basketbolçu Britni Qrineri narkotik qaçaqmalçılığı və saxlama ittihamı ilə 9 il müddətinə azadlıqdan məhrum edib.
Teleqraf.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb .
Məhkəmə Qreynerə 1 milyon rubl cərimə ilə 9 il həbs cəzası təyin etmək qərarına gəlib.
Martın 5-də Qreyner gömrük nəzarətindən keçərkən saxlanılıb, xidmət iti idmançının əşyalarına reaksiya verib, içərisində Rusiyada qadağan olunmuş xaş-xaş yağı aşkar edilib.
Qreyner məhkəmədə günahını etiraf edib.