Rusiya ordusu Zaporojye AES-dən istirahət və zərbələrdən sığınmaq üçün istifadə edir.
Teleqraf.com xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının hesabatında deyilir.
Analitiklər qeyd edirlər ki, 5 aylıq işğaldan sonra Rusiya Federasiyasının AES-lə bağlı niyyətləri qeyri-müəyyən olaraq qalır.
Kəşfiyyat məlumatlarına görə, onların obyektdə gördüyü hərəkətlər stansiyanın normal fəaliyyətinin təhlükəsizliyinə xələl gətirib.
Rusiya qoşunlarının artilleriyası stansiyanın ərazisində nüvə obyekti statusu altında gizlənir və Dnepr çayının qərb sahilindəki Ukrayna ordusunun mövqelərini atəşə tutmaq üçün istifadə edir.
Bundan əvvəl ABŞ-ın dövlət katibi Antoni Blinken bəyan edib ki, Rusiya Zaporojye AES-dən qalxan kimi yararlanır. MAQATE isə ələ keçirilən stansiyanın tamamilə nəzarətdən çıxdığını iddia edib.