Rusiyanın nəzarətində olan Krımda bu gün baş verən partlayışlar nəticəsində 6 nəfər dünyasını dəyişib.
Teleqraf.com "Gazeta.ru"ya istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi aviasiya sursatlarının partlamasını təsdiqləyib.
Bildirilir ki, insidentin əsas səbəbi yanğın təhlükəsizliyi tələblərinin pozulması hesab olunur.