10 Avqust 2022 13:37
1 882
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın mümkün hücumu və Ukrayna Silahlı Qüvvələrinin əks-hücumu ilə bağlı bəyanatlar iki ölkənin baş qərargahları arasında oyun kimi görünür.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.

Onun sözlərinə görə, Ukrayna ordusunun cənub bölgələrindəki uğurları Rusiyanı öz qüvvələrini yenidən qruplaşdırmağa təhrik edib. Rusiya bölgədəki qruplarının sayını iki dəfə artırıb.

“Eyni zamanda, Rusiyanın Krımdakı qoşunlarını sağ sahilə buraxmadıq. Ukrayna qüvvələri Melitopol yaxınlığında rusları əzişdirir. Yeni qoşunlara keçidə imkan vermədik, köhnə qüvvələrin keçidinə isə şərait yaratdıq. Bundan sonra “siçan tələsi”nin çıqqıldadığını eşitdik”, - Jdanov bildirib.

Ekspertin fikrincə, indi Rusiyanın qarşısında iki seçim var: ya müdafiəyə oturmalıdır, ya da cənubda hücum əməliyyatı keçirməyə cəhd etməlidir:

“Bununla yanaşı, Rusiya qoşunlarımızın bir hissəsini cənub istiqamətindən geri çəkilməyə məcbur etməyə çalışır. Buna da “böyük hücum” simulyasiyası etməklə nail olmağa çalışır ki, Ukrayna öz ehtiyatlarını da orada çıxarsın”.

Jdanov əmindir ki, Rusiya Ukrayna qoşunlarını cənubdan geri çəkilməyə məcbur etmək üçün Donbasda hücum əməliyyatını imitasiya edir: “Bu oyundur - ilk zərbəni kim vuracaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər