12 Avqust 20:36
936
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur yazıçı Salman Rüşdi Nyu-Yorkda hücuma məruz qalıb.

Teleqraf.com xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, Salman Rüşdi tədbirlərin birində məruzə edərkən bir nəfər əlində bıçaqla səhnəyə çıxaraq ona hücum edib. Dünya şöhrətli yazıçının boyunundan bıçaqlandığı qeyd olunur. Bildirilir ki, yazıçı xəstəxanaya yerləşdirilib. Onun durumu barədə məlumat verilmir.

“Ruşdi boynundan bıçaq yarası alıb və helikopterlə qospitala aparılıb. Vəziyyətinin necə olduğu məlum deyil”-deyə polisin bəyanatında deyilir.

Associated Press”in əməkdaşı hadisənin şahidi olub. O deyib ki, naməlum şəxs Ruşdinin çıxışı zamanı ona hucum edib və döyməyə başlayıb.

Qeyd edək ki, ona edilən hücuma səbəb 1989-cu ildə yazdığı "Şeytan ayələri" kitabı olub. Həmin kitab satışa buraxılan gündən çox böyük səs-küyə səbəb olmuş və hətta İranın dini lideri Ayətullah Xomeyni tərəfindən Rüşdi haqqında ölüm fətvası verilmişdi.

Həmin kitab satışa buraxılan gündən çox böyük səs-küyə səbəb olmuşdur.

Kitabda İslam dininə xas təməl prinsiplərinin müasir dövrlə uyğunlaşdırılması halları var.

Bu kimi hallar İslam dininə qarşı həqarət kimi qəbul edildiyindən kitaba və müəllifə qarşı dəfələrlə etiraz və təhdidlər olub.


Müəllif: Teleqraf.com