Hindistan əsilli məşhur britaniyalı yazıçı Salman Rüşdiyə hücumda şübhəli bilinən şəxsin kimliyi bəlli olub.
Teleqraf.com xəbər verir ki, o, Nyu-Cersi ştatının 24 yaşlı sakini Hadi Matardır.
O, ötən gün Nyu-Yorkda səhnəyə qaçaraq Rüşdi və ondan müsahibə alan müxbirə hücum edib. Şübhəlinin yazıçıya 10-15 bıçaq zərbəsi endirib.
Rüşdi boyun nahiyəsindən bıçaqlanıb və helikopterlə yerli xəstəxanaya aparılıb.
Hazırda yazıçı süni nəfəs aparatına qoşulub. O, danışa bilmir. Onun qaraciyəri və gözləri zədələnib.