18 Avqust 21:57
1 458
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Böyük ehtimalla Rusiya Prezidenti Vladimir Putin dekabrın 22-də SSRİ-nin bərpa olunduğunu elan etmək istəyir”.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.

Onun fikrincə, hadisələrin inkişafının belə ehtimalı mümkündür, çünki Putin rəqəmləri - müxtəlif “müqəddəs tarixləri”, bayramları və ya yubileyləri sevir.

Jdanov Belarus lideri Aleksandr Lukaşenkonun bu yolda Putini dəstəkləsə də, aralarında fikir ayrılıqlarının olduğunu da söyləyib:

“Lukaşenko həm də Putin üçün problemdir. Niyə? Çünki Lukaşenko Belarusun Rusiyaya birləşməsinə razı deyil. Eyni zamanda, Belarus ordusunun Ukraynaya qarşı müharibədə Rusiya tərəfindən döyüşməsini istəmir. Niyə? Çünki bundan birbaşa məsuliyyət daşıyan odur. Belarus prezidentinin kreslosunda otran Lukaşenkodur. Ya ordudan, ya da respublikanın suverenliyindən imtina edən kimi, bu vəzifədə mütləq qalmayacaq. Ya bu xəyanətə görə öz elitası, ya da Putin tərəfindən taxtdan salınacaq. Çünki bu halda Lukaşenko onun üçün ciddi problemə çevriləcək”.


Müəllif: Mənsur Rəğbətoğlu