19 Avqust 2022 11:09
1 059
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Ukraynaya 800 milyon dollarlıq yeni hərbi yardım paketi hazırlayır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Röyter” agentliyi rəsmi mənbələrə istinadən məlumat yayıb.

Agentlik Ukarynaya hərbi yardım paketinin bu gün elan edilə biləcəyini yazıb.

Eyni zamanda, mənbələrdən biri yardım elanının gələn həftəyə qədər təxirə salına biləcəyini istisna etməyib.

“Paketin son dəyəri də bir qədər dəyişə bilər”, - mənbə bildirib.

Müvafiq qərarın ABŞ Prezidenti Co Bayden tərəfindən açıqlanacağı deyilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər