22 Avqust 2022 11:17
615
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Qaziantep və Mardin şəhərlərində baş verən avtomobil qəzalarına görə Türkiyəyə başsağlığı verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın Türkiyə ilə danışıqlar üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan Tvitter hesabında yazıb.

“Qaziantep və Mardində baş verən yol qəzaları nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralıların tezliklə sağalmasını diləyirəm”, - Rubinyan bildirib.

Türkiyədə avtomobil qəzası 30 nəfərin həyatına son qoyub.


Müəllif: Mənsur Rəğbətoğlu