Böyük Britaniyanın xarici işlər naziri Liz Tras bildirib ki, lazım gələrsə, nüvə silahından istifadə etməyə hazırdır.
Teleqraf.com xəbər verir ki, nazir bunu Birmingemdə Mühafizəkarlar Partiyasının üzvləri ilə görüşdə nüvə silahından istifadənin mümkünlüyü ilə bağlı sualı cavablandırarkən deyib.
"Hesab edirəm ki, bu, baş nazirin mühüm vəzifəsidir. Mən bunu etməyə hazıram", - deyə, o bildirib.