26 Avqust 2022 18:48
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Latviyanın paytaxtı Riqada Qırmızı Ordunun faşist Almaniyası üzərində qələbəsini simvolizə edən 79 metr hündürlüyündə abidə dağıdılıb.

Teleqraf.com xəbər verir ki, Estoniya hökuməti sovet dövründən qalan müharibə abidələrini yığışdırmaqda davam etdiyini bildirir.

Riqanın Qələbə parkında qoyulmuş abidə texnikadan istifadə edilərək sökülüb.

Latviya Prezidenti Egils Levits deyib ki, bu abidə işğalı xatırladır: “Bizə bu cür abidə lazım deyil”.

Latviyadakı rus azlığının üzvləri 1985-ci ildə tikilmiş abidənin sökülməsi qərarına etiraz ediblər.

Latviyanın Rusiya ilə 214 kilometrlik sərhəd xətti var. Fevralın 24-də Rusiyanın Ukraynaya hücumundan sonra bir çox Avropa ölkələrində sovet dövründən qalma simvollar yığışdırılmağa başlanıb.


Müəllif: Nemət

Oxşar xəbərlər