28 Avqust 2022 00:14
956
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əgər enerji böhranı həll olunmasa, ölkənin siyasi sistemi təhlükə altında qala bilər”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Çexiyanın ədliyyə naziri Pavel Blaşek ölkə parlamentində çıxışı zamanı söyləyib.

Onun sözlərinə görə, sosial vəziyyət və atmosfer 1989-cu ildən bəri ən dramatik həddə gəlib çatıb.

Çexiyalı nazir bəzi müxalifət deputatlarına enerji daşıyıcılarının qiymətinin artmasına qarşı görülən tədbirlərlə bağlı məlumat verib.

Blaşek vəziyyətin müxalifətin təsəvvür etdiyindən pis olduğunu söyləyib.

“Enerji böhranı həll edilməsə, bu ölkənin siyasi sistemi təhlükə altında olacaq. Əgər ümumavropa həlli tapılmazsa, AB də təhlükə altındadır”, - deyə, nazir mümkün inqilab barədə xəbərdarlıq edib. /Musavat/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər