28 Avqust 2022 23:14
644
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveç xarici işlər naziri Ann Linda Sol Partiyanın üç deputatının PKK terror təşkilatının qondarma bayrağı ilə foto çəkdirməsinin Türkiyə ilə NATO danışıqlarını çətinləşdirdiyini bildirib.

Teleqraf.com xəbər verir ki, Linda hökumətin bunu qəbul etmədiyini deyib.

“Sol Partiyadan olan deputatların PKK terror təşkilatının bayrağını dalğalandırmasından sonra Türkiyə ilə NATO danışıqları çətinləşib. Türkiyə mediası bu və buna bənzər hadisələri davamlı olaraq gündəmə gətirir. Bildiririk ki, İsveç qanunlarına görə bunlar ifadə azadlığıdır. Amma hesab edirik ki, bu, hökumət üçün çox yersiz vəziyyətdir”, - nazir vurğulayıb.

Bundan əvvəl Sol Partiyanın millət vəkilləri Daniel Razat, Momodu Malkom Yallo və Lorena Delqado Varas Visbi şəhərində YPG/PKK terror təşkilatının “bayrağı” ilə şəkil çəkdirərək sosial şəbəkədə paylaşıb. Bundan sonra Baş nazir Andersson Sol Partiya millət vəkillərini qınayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər