29 Avqust 2022 11:43
574
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Oreqon ştatında supermarketə silahlı hücum olub. Nəticədə 3 nəfər həyatını itirib, yaralıların olduğu bildirilir.

Teleqraf.com xəbər verir ki, hadisə Oreqon ştatının paytaxtı Salemdən 210 kilometr cənub-şərqdə, kiçik şəhər olan Benddəki supermarketdə baş verib.

Polis bildirib ki, ölənlər arasında şübhəli şəxs də var.

Polis şübhəlinin ticarət mərkəzinin arxa qapısından içəri girdiyini və qərb girişinin yaxınlığında ən azı bir nəfəri güllələdiyini, daha sonra supermarketə tərəf getdiyini və hücumu davam etdirdiyini bildirib.


Müəllif: Nemət

Oxşar xəbərlər