Çində tunelin uçması nəticəsində 21 fəhlə dağıntı altında qalıb.
Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, hadisənin ölkənin şərqindəki Fujien əyalətinin Longyen şəhərində magistral tunel tikintisinin 30 metrlik hissəsinin dağılması nəticəsində baş verdiyi bildirilir.
Fəhlələrin taleyi ilə bağlı məlumat verilmir. Hadisə yerində xilasetmə işləri davam etdirilir.
Samir