Ukrayna ordusu Xerson yaxınlığındakı iki və Vısokopolye yaxınlığındakı daha iki kəndi Rusiya hərbçilərindən azad edib.
Teleqraf.com CNN-ə istinadən xəbər verir ki, Ukrayna qoşununun əməliyyatı gecə saatlarında başlayıb.
"Hücumun əsas istiqaməti Pravdino üzərində idi. Biz onların "DXR" və "LXR"-dən olan piyadalarını vurduq, qaçdılar. Rusiya qoşunlarının hərbçiləri onların arxasınca qaçdılar", - mənbə agentliyə deyib.
Qeyd edilir ki, Ukrayna hərbçiləri üç mövqedə Rusiya qoşunlarının müdafiəsini yarıb və dörd yaşayış məntəqəsini azad edib.
Həmin kəndlər Novodmitrovka, Arxangelskoye, Tomina Balka və Pravdinodur.