1 Sentyabr 2022 12:05
1 035
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın “Lukoil” şirkətinin vitse-prezidenti Ravil Maqanov intihar edib.

Teleqraf.com Rusiya mətbuatına istinadla xəbər verir ki, 68 yaşlı vitse-prezident özünü Marşal Timoşenko küçəsində yerləşən Mərkəzi Klinik Xəstəxananın altıncı mərtəbəsindən atıb.

Onun aldığı xəsarətlərdən hadisə yerində keçindiyi bildirilir.

Bir sıra KİV-lər Maqanovun yıxılaraq ölduyünü yazıb.

Qeyd edək ki, milliyyətcə tatar olan Ravil Maqanov 2020-ci ildə “Lukoil”in Direktorlar Şurasının sədri təyin edilib.

O, 1993-cü ildən neft şirkətində çalışıb. 2006-cı ildə “Lukoil” PJSC-nin birinci vitse-prezidenti, 2020-ci ildə isə Direktorlar Şurasının sədri vəzifəsini icra edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər