3 Sentyabr 2022 00:12
787
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın Baş naziri Boris Conson ilə telefon danışığı aparıb.

Teleqraf.com xəbər verir ki, bu haqda Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Məlumata görə, görüşdə Türkiyə-Birləşmiş Krallıq əlaqələri və regional məsələlər müzakirə edilib.

Prezident Ərdoğan görüş zamanı Boris Conson ilə vəzifədə olduğu müddətdə yaxın dialoq qurduqlarını və iki ölkə arasındakı münasibətləri qarşılıqlı hörmət və anlaşma əsasında daha da inkişaf etdirdiklərini bildirib.

Ərdoğan strateji tərəfdaş və yaxın müttəfiq olan Böyük Britaniya ilə əlaqələrin eyni sağlam düşüncə və uzaqgörənliklə qarşıdakı dövrdə bütün sahələrdə inkişaf edəcəyinə inandığını qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər