6 Sentyabr 2022 19:43
721
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin Tayvana qarşı “aqressiv manevrləri” halında ABŞ Çinin logistika kanallarına hücum edə bilər.

Teleqraf.com xəbər verir ki, bunu amerikalı general Klinton Hinot deyib .

"Biz logistika kanallarına hücum edərək, dostlarımıza qarşı aqressiv manevrləri çətinləşdirəcəyik" deyən general Atlantik Şura konfransı zamanı "potensial düşmənimiz Çinin bu barədə düşünəcəyinə" ümid etdiyini vurğuladı.

Onun sözlərinə görə, belə bir ssenaridə ABŞ Çinin “logistikasını dayandırmaq üçün mümkün olan hər şeyi edəcək” və bunun əhəmiyyətini Ukraynadakı münaqişə nümayiş etdirib.

“Düşünürəm ki, bizim belə bir imkanımız var”, - deyə general əlavə edib.

Bir gün əvvəl ABŞ Dövlət Departamenti Tayvanla 1,1 milyard dollarlıq silah müqaviləsini təsdiqlədi.

"The Epoch Times"a görə, bu, prezident Co Bayden dövründə Tayvanla ən böyük müdafiə sazişi olacaq .


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər