Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə ABŞ-ın dövlət katibi Entoni Blinken ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, görüş zamanı Blinken ABŞ-ın Ukraynaya təhlükəsizlik yardımının davam edəcəyini bildirib.
Onun sözlərinə görə, Vaşinqton lazım olduğu müddətcə Kiyevi dəstəkləyəcək.
Blinken Zelenskini NATO müttəfiqlərinin Ukraynaya 2,2 milyard dollar uzunmüddətli investisiyalar vermək niyyəti barədə məlumatlandırıb.