Ötən gün Ermənistan Prezidenti Serj Sarkisyan və Belarus Prezidenti Aleksandr Lukaşenko arasında telefon söhbəti olub.
Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, telefon söhbət zamanı iki ölkə əlaqələrinin inkişaf və Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Qeyd edək ki, Ermənistan parlamenti dekabrın 4-də ölkənin Aİİ-yə qoşulması haqqında müqaviləni ratifikasiya edib. Rusiya, Belarus və Qazaxıstan mayda Aİİ-nin yaradılması haqqında müqaviləni imzalayıb və artıq ratifikasiya ediblər.