11 Sentyabr 2022 17:10
1 915
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rudaw” adlı saytda “İsveç Baş naziri Andersson: “Heç bir kürdü Türkiyəyə təhvil verməyəcəyik” başlıqlı xəbər yayılmışdı.

Teleqraf.com xəbər verir ki, sözügedən xəbər İsveç baş naziri tərəfindən təkzib edilib.

Xəbərdə İsveç Baş naziri Maqdalena Anderssonun adından bu sözlərə yer verilmişdi:

“Heç bir kürdü Türkiyəyə təhvil verməyəcəyik. Mən İsveçin baş naziri olduğum müddətdə kürdlərin hüquqlarını həmişə müdafiə edəcəyik. Açıq şəkildə qeyd etmək lazımdır ki, Türkiyə ilə imzaladığımız razılaşmaya baxmayaraq, İsveç vətəndaşlığı olan heç bir kürd Türkiyəyə təhvil verilməyəcək. İsveç qanunlarına görə, terror aktı törətməyən heç kim deportasiya edilə bilməz. Eyni zamanda, İsveç qanunlarına görə terror aktı törətməyən hər kəsin həyatı tam qorunur”.

Məlum olub ki, sözügedən sayt tərəfindən baş nazirin sözləri təhrif edilib.

Xəbər Türkiyədə sərt təpkilərlə qarşılandıqdan sonra açıqlama verən İsveç baş nazirinin ofisi Anderssonun sözlərinin təhrif edildiyini bildirib.

Anderssonun sözügedən sayta belə dediyi qeyd edilib:

“İsveçdə yaşayan kürdlərin narahat olmasına ehtiyac yoxdur. Əgər siz İsveç vətəndaşısınızsa və heç bir terror aktında iştirak etməmisinizsə, ekstradisiya ilə bağlı narahat olmağa dəyməz. Biz İsveç və beynəlxalq qanunlara əməl edirik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər