İstanbuldakı Birgə Koordinasiya Mərkəzi ümumilikdə 64 657 ton ərzaq daşıyacaq daha dörd gəminin Ukrayna limanlarından yola salınmasına icazə verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Koordinasiya Mərkəzi xəbər verib.
Türkiyəyə 3,3 min ton soya çatdıracaq “Safeet Aga” quru yük gəmisi Odessadan yola düşəcək. İspaniya və Livana müvafiq olaraq 27,5 min ton buğda və 6,857 ton qarğıdalı çatdıracaq "Nord Stark" və "Sally M" gəmiləri Çornomorskdan yola düşəcək. “Hadar” quru yük gəmisi İtaliyaya çatdırılması planlaşdırılan 23,5 min ton buğda və 3,5 min ton qarğıdalı ilə Yujnı limanında çıxacaq.
Bu gəmilərin yola salınması bazar ertəsinə planlaşdırılır. Onlarla birlikdə Türkiyəyə 2,8 min ton buğda kəpəyi daşıyan "Ahmet Can" gəmisi, Livan və Türkiyəyə 6 min ton günəbaxan yağı çatdıracaq "Oris Sofi", həmçinin Hindistana çatdırılması planlaşdırılan 43,5 min ton günəbaxan yağı ilə "Win Sino" gəmiləri Ukrayna limanlarını tərk edəcək.