İsrail noyabrda ABŞ-da keçiriləcək aralıq seçkilərindən əvvəl İranın nüvə sazişinin yenilənməsini gözləmir.
Teleqraf.com xəbər verir ki, bu barədə “Röyter” İsrailin rəsmi mənbələrinə istinadən yazıb.
Mənbə Avropa liderlərinin İranla son danışıqlardan məyus ayrıldıqlarını vurğulayıb.
Böyük Britaniya, Fransa və Almaniya ötən həftənin sonuna İranın niyyətlərində ciddi şübhələrin olduğunu bildiriblər.
“Hazırda belə görünür ki, İranla nüvə sazişi ən azı ABŞ-da keçiriləcək aralıq seçkilərə qədər imzalanmayacaq”, - adının açıqlanmasını istəməyən İsrail rəsmisi deyib.
Bəzi israilli ekspertlər bunu ABŞ Prezidenti Co Baydenin səsvermədən əvvəl sövdələşməyə həvəsinin olmaması ilə əlaqələndirirlər. Bayden respublikaçı rəqiblərinin bundan Demokratlar Partiyasına qarşı kampaniyalarında istifadə etmələrini istəmir.
Dünən İsrail Baş nazir Yair Lapid Avropa liderlərinə həlledici mövqelərinə görə təşəkkür edib.
“İsrail nüvə sazişinin dayandırılması və ona qarşı sanksiyaların ləğv edilməsinin qarşısını almaq üçün uğurlu diplomatik kampaniya aparır. Bu, hələ son deyil. Yol uzundur. Ancaq ümidverici əlamətlər var”, - baş nazir vurğulayıb.