Prezidenti Sadır Japarov Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinə məxsus “Bayraktar TB2” dronları üçün yaradılmış bazanın açılışında iştirak edib.
Teleqraf.com xəbər verir ki, Milli Təhlükəsizlik Komitəsinin rəisi general Kamçibek Tasiyevin də iştirak etdiyi açılış mərasimində Çaparov sözügedən dronlara baxış keçirib.
Japarov çıxışında sülh və sabitliyin ölkə sərhədlərindən başladığını bildirərək, bazanın sərhədlərin müdafiəsi missiyasını yerinə yetirəcəyini vurğulayıb.
Prezidentə dövlət sərhədinin mühafizəsi ilə məşğul olan dronların fəaliyyəti barədə məlumat verilib.
Qırğızıstan ötən il Türkiyədən “Bayraktar TB2” PUA-ları alıb.