15 Sentyabr 2022 12:21
463
12 Punto 14 Punto 16 Punto 18 Punto

Finlandiya hakimiyyəti sanksiyalara məruz qalan Rusiya Federasiyası vətəndaşlarının aktivlərinə həbs qoyub. Müsadirə edilən əmlakın təqribən 189 milyon avro dəyərində olduğu qiymətləndirilir.

Teleqraf.com xəbər verir ki, bu barədə Finlandiyanın MTV Uutiset telekanalı məlumat yayıb.

Qeyd olunur ki, həbslər Avropa İttifaqınin sanksiya siyahısından bir neçə təşkilata aiddir. Ümumilikdə iki yüz müxtəlif növ müvəqqəti və ya daimi müsadirə var.

“Məhkəmə icraçıları tərəfindən aparılan araşdırmalar irəliləyib və davam edəcək. Bu vəzifə uzunmüddətli və mürəkkəbdir. Bundan əlavə, Aİ-nin sanksiyalar siyahısına yeni müttəhimlər əlavə edilib”, - Bərpa Xidmətindən qarşılıqlı əlaqə üzrə mütəxəssis Aki Virtanen izah edib.

Çox sayda qeyri-maddi aktivlərə - debitor borclarına, səhmlərə və pul vəsaitlərinə həbs qoyulub. Bundan əlavə, daşınmaz əmlak, sənaye xammalı və nəqliyyat müsadirə edilib.

Hakimiyyət fərdi həbslərin və ya əmlakına həbs qoyulan şəxslərin təfərrüatlarını açıqlamır. Eyni zamanda, yayda bu məbləğin iki dəfədən çox artdığı bildirilir. Əvvəllər bu məbləğ 80 milyon avroya yaxın idi.


Müəllif: Nemət

Oxşar xəbərlər