“Rusiya ilə İran arasında yeni əməkdaşlıq sazişi üzərində iş son mərhələdədir”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin iranlı həmkarı İbrahim Rəisi ilə görüşündə deyib.
“Rusiya və İran arasında yeni böyük saziş üzərində iş son mərhələdədir və bu, əməkdaşlıq münasibətlərinə damğasını vuracaq”, - Putin bildirib.
Rusiya prezidenti qeyd edib ki, Moskva ilə Tehran arasında münasibətlər bütün istiqamətlərdə inkişaf edir. Onun sözlərinə görə, ikitərəfli əməkdaşlıq müsbət inkişaf edir, ticarət dövriyyəsi artır.
“Belə ki, Rusiya ilə İran arasında ticarət dövriyyəsi ötən il 81 faiz, bu ilin ilk 5 ayında isə daha 30 faiz artıb”, - Putin vurğulayıb.
O, həmçinin əlavə edib ki, hökumətlərarası komissiya da fəal işləyir.