17 Sentyabr 2022 19:38
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

KTMT Qırğızıstan-Tacikistan sərhədində hər iki tərəfdən insan tələfatı və yaralanması, habelə mülki infrastrukturun dağılması ilə nəticələnən ağır silahlarla toqquşmalardan ciddi şəkildə narahat olduğunu açıqlayıb.

Teleqraf.com xəbər verir ki, açıqlamada həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib, onların ağrı və itkilərini bölüşdükləri qeyd edilib.

“Biz atəşkəsin elan edilməsini, Qırğızıstan və Tacikistanın sərhəd xidmətləri arasında başlayan danışıqları alqışlayırıq. Əminik ki, bu çətin sərhəd problemini həll etmək, gərginliyi azaltmaq və münaqişənin genişlənməsinin qarşısını almaq üçün qarşılıqlı məqbul yollar tapılacaq. Biz güc tətbiqini qəbuledilməz hesab edirik. Mübahisələri həll etmək üçün yalnız siyasi və diplomatik üsullardan istifadə edilməlidir. KTMT rəhbərliyi vəziyyəti diqqətlə izləyir və hazırda yaradılmış atəşkəsin uzunmüddətli və sabit olacağına ümid edir. Münaqişə müstəsna olaraq danışıqlar masası arxasında dinc yolla həll edilməlidir, daha insanların ölməsinə imkan vermək olmaz”, - açıqlamada bildirilir.

Bu gün səhər saatlarında iki ölkənin sərhədində silahlı toqquşma baş verib. Bundan sonra Qırğızıstan və Tacikistanın milli təhlükəsizlik komitələrinin rəhbərləri atəşkəs barədə razılığa gəliblər.

Xatırladaq ki, Qırğızıstan və Tacikistan KTMT üzvüdür.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər