Son bir neçə ay ərzində rus ordusu Xerson vilayətinin qərb hissəsini hava-desant bölmələri ilə əhəmiyyətli dərəcədə gücləndirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutu (ISW) bildirir.
Analitiklərin fikrincə, Ukrayna Xerson bölgəsində əks-hücum əməliyyatı ilə irəliləyir və Rusiya qoşunları onları dayandırmaq və ya geri qaytarmaq əvəzinə ləngitməyə və daha təhlükəsiz mövqelərə çəkilməyə çalışır.
Onların fikrincə, ukraynalı müdafiəçilərin Dnepr çayı üzərindən Xerson vilayətinin qərb hissəsinə doğru rusların quru xətlərinə davamlı hücumları Rusiyanın sağ sahilindəki təchizatlarına getdikcə daha çox təsir edir. Çünki Xersonda kifayət qədər su və yemək olmadığına dair sübutlar var.
ISW hesab edir ki, Ukrayna ordusu rusların yerüstü rabitə xətlərinin qarşısını almağa və irəliləməyə davam etsələr, yaxın həftələrdə Xerson bölgəsinin bütün qərb hissəsi olmasa da, əksər hissəsinə nəzarəti bərpa edə biləcəklər.