Video əlavə olunub:
***
12:00
ABŞ son illərdə Balkan və Avropaya silah və canlı qüvvə daşınması üçün istifadə etdiyi Dədədağac (Aleksandrupolis) limanını yeni hərbi dəniz bazasına çevirməyi planlaşdırır.
Teleqraf.com xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı yazır.
ABŞ-ın əsas hədəflərindən birinin Dədədağac limanını genişləndirmək olduğu bildirilir.
Yeni planda ABŞ Hərbi Dəniz Qüvvələrinin “polad yumruq” adlandırılan “Arleigh Burke” tipli esminesini və eyni ölçülü döyüş gəmilərini bura göndərməsi də nəzərdə tutulur.
“Katmerini” qəzeti ABŞ-ın Dədəağac limanını böyük döyüş gəmilərinin, xüsusilə də yüksək rütbəli hərbçilərin yerləşdirilməsi üçün genişləndirmək planlarını Yunanıstan tərəfinə çatdırdığını yazıb.
Məlumata görə, artıq “Arleigh Burke” esmineslərinin ABŞ-ın Krit adasındakı Suda bazasına yaxınlaşa bilirlər. Bu plan reallaşarsa, müxtəlif növ döyüş gəmiləri Dədəağac limanından istifadə edə biləcək. Ötən il ABŞ-la imzalanmış yeni müdafiə əməkdaşlığı sazişi çərçivəsində Yunanıstan 156-cı motoatıcı batalyonunun yerləşdiyi “Yanuli” kazarmasını Türkiyədən cəmi 40 kilometr aralıdakı Dədəağacda baza kimi ayırıb. Balkan və Avropa ölkələrinə getmək üçün Dədəağaca gələn amerikalı hərbçilərin “Yanuli” kazarmasında yerləşdirilməsi üçün 300-400 nəfərlik obyektlər tikilir.
Həmçinin “Katmerini” bildirir ki, amerikalılar Suda bazasında dronlar və F-35 tipli döyüş təyyarələrinin yerləşdirilməsinə imkan verəcək yeni obyektin tikintisi ilə də yaxından maraqlanırlar. İki ölkə arasındakı müdafiə sazişi Suda bazasının genişləndirilməsini də nəzərdə tutur.
Qəzet ABŞ-ı maraqlandıran başqa bir məsələnin Rusiya döyüş gəmilərinin Şərqi Aralıq dənizindəki fəaliyyətlərini daha yaxşı izləyə bilməsi üçün Egeydə “Dəniz Awareness Domain” radarlarının yerləşdirilməsi olduğunu qeyd edir.
Bu arada, “Real News” qəzeti Yunanıstan hökumətinin Türkiyə əleyhinə təbliğat bölməsi kimi fəaliyyət göstərəcək “Mərkəzi Rabitə İdarəsi”nin yaradılmasına qərar verdiyini bildirib. Nəşr Yunanıstanın Nyu-Yorkdakı keçmiş konsulu Kontantinos Kutrasın bölməyə rəhbərlik edə biləcəyini yazıb.