Bu gün Xerson vilayətində rus ordusuna məxsus Su-25 təyyarəsi vurulub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Hərbi Hava Qüvvələrinin Teleqram kanalında məlumat verilib.
“Sentyabrın 19-da səhər saat 8 radələrində Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin zenit-raket bölməsi Rusiya qoşunlarının Su-25 hücum təyyarəsini məhv edib”, - məlumatda deyilir.