Birləşmiş Millətlər Təşkilatı (BMT) İranı Məhsa Əmini adlı qadının saxlanıldıqdan sonra döyülərək öldürülməsi ölümü ilə bağlı qərəzsiz araşdırmaya çağırıb.
Teleqraf.com xəbər verir ki, İranda hicab qaydalarını pozduğu üçün həbs edilən 22 yaşlı Məhsa Əmini sentyabrın 16-da dünyasını dəyişib.
Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə Ali Komissarının səlahiyyətlərini icra edən Nada Əl Nəşif hadisəni pisləyib və Məhsa Əmininin ölümü və İran təhlükəsizlik qüvvələrinin zorakı reaksiyasından narahatlığını bildirib.
“Məhsa Əmininin faciəvi ölümü və polis zorakılığı iddiaları müstəqil səlahiyyətli orqan tərəfindən dərhal, qərəzsiz və effektiv şəkildə araşdırılmalıdır”, - Nəşif deyib.
Açıqlamada İran təhlükəsizlik qüvvələrinin etirazları yatırmaq üçün atəş açdığı və 5 nəfərin həyatını itirdiyi qeyd edilib.