ABŞ Cənubi Kipr Respublikasına qarşı silah embarqosunu ləğv etdikdən sonra dərhal birgə silahlı təlimlərə start verib.
Teleqraf.com xəbər verir ki, Cənubi Kiprlə Amerika xüsusi təyinatlı birlikləri müharibə ssenariləri ilə bağlı təlimlər keçirməyə başlayıb.
Sentyabrın 5-dən 16-dək Milli Qvardiya, Hərbi Dəniz Qüvvələri Komandanlığı, Yunanıstan Silahlı Qüvvələri və ABŞ-ın birgə təşkilatçılığı ilə dəniz obyektlərinin layihələndirilməsi və həyata keçirilməsinə dair birgə təlim keçirilib.
Bu həftə 19-23 sentyabr tarixlərində Cənubi Kipr Xüsusi Əməliyyat Qrupları ilə ABŞ Hərbi Dəniz Qüvvələrindəki həmkarları arasında birgə təlim davam edir və müvafiq ssenarilərlə aparılacaq.