“ABŞ, NATO və Qərb artıq şərq sərhədini Türkiyədən Yunanıstana çəkmək istəyir”.
Teleqraf.com xəbər verir ki, bunu kontr-admiral Cihat Yaycı “Türkiyə” qəzetinə açıqlamasında deyib.
“Əsas məsələ ABŞ-ın bu zirehli texnikaları “European Defender-21” təlimlərinə cəlb etməsi və Dədəağaca hərbi qüvvə yığması deyil, əsas məsələ budur ki, Amerika həmin texnikaları təlimlərdən sonra Yunanıstana bağışladı. Əslində Yunanıstanın bu vasitələrə ehtiyacı yoxdur. Ancaq bağışlanan tank və helikopterin kimə qarşı istifadə ediləcəyi məsələsi önəmlidir. Hədiyyə edilən avadanlıqların hücum texnikaları olması ciddi sual yaradır”, - admiral bildirib.
Yaycı söyləyib ki, ABŞ Prezidenti Co Bayden Amerikanın qlobal plan, proqram və strategiyasının icraçısı olmaqla yanaşı, Dədəağacda qoşun yerləşdirilməsinin müəllifidir:
“ABŞ, NATO və Qərb artıq şərq sərhədini Türkiyədən Yunanıstana çəkmək istəyir. Dədədağac həm də ABŞ-ın Balkan və Qara dənizə açılan qapısı hesab olunur. Bunun Türkiyəni və türk boğazlarını nəzarətə keçirmək cəhdi olduğu da bəllidir. Üstəlik, Dədədağac artıq ABŞ-ın hərbi dəniz bazasına çevrilir. Bu, Lozanna tarazlığını pozmaq cəhdidir.
ABŞ Yunan Kiprinə silah embarqosunu ləğv etdiyini açıqladı. Bu qərar İsraildən “Dəmir Künbəz” müdafiə sistemlərini alacağını bəyan etməsi ilə üst-üstə düşdü ki, bu da nəzərdən qaçırılmaması lazım olan mühüm məsələdir. Hadisəni dövri olaraq qiymətləndirdiyimiz zaman bu gəlişmələrin ardıcıllığına da diqqət etmək lazımdır: Yunanıstan Türkiyəyə təcavüzə cəhd edir, Ermənistan Azərbaycana qarşı təxribata əl atır, Dədəağacda ABŞ-ın hərbi dəniz baza tikəcəyi xəbəri yayılır və amerikalı generallar Suriyada PKK terrorçuları ilə görüşür.
ABŞ və Rusiyanın yenidən PKK-ya dəstəyi artırması və Yunan Kiprinə silah embarqosunu ləğvi sual yaradır. Görünən budur ki, yaxın gələcəkdə Türkiyəni qarşıdurmaya çəkmək istəyirlər və bu hərbi əməliyyat meydanının hazırlanması davam edir. Türkiyə çox diqqətli olmalıdır”.