Ukrayna Silahlı Qüvvələri gün ərzində əhalinin məskunlaşdığı 8 rayonda rus ordusunun hücumlarını dəf edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı səhər brifinqində bildirib.
Qeyd edilib ki, döyüşlərdə rus ordusu bir helikopter və 9 pilotsuz uçuş aparatı itirib.
“Müdafiə qüvvələrinin bölmələri gün ərzində Kupyansk, Spornoe, Mayorsk, Zaytsevo, Avdeevka, Novomıxaylovka, Opıtnoe və Kamenka yaşayış məntəqələri ərazilərində hücumları dəf edib”, - məlumatda deyilir.
Eyni zamanda qeyd olunur ki, Müdafiə Qüvvələrinin aviasiyası düşmənin canlı qüvvə və hərbi texnikasının cəmləşdiyi 25 ərazini və zenit-raket komplekslərinin 6 mövqeyini vurub.
Bundan başqa, Baş Qərargahdan verilən məlumata görə, zenit müdafiə bölmələrimiz müxtəlif istiqamətlərdə Mi-8 helikopterini və 9 PUA-nı məhv edib.
“Son sutka ərzində raket qoşunları və artilleriya bölmələri, o cümlədən 6 idarəetmə məntəqəsinə, 4 şəxsi heyətin və hərbi texnikanın cəmləşdiyi əraziyə, 3 hava hücumundan müdafiə mövqeyinə, 3 artilleriya qurğusuna, həmçinin 3 döyüş sursatı anbarına zərbələr endirib”, - Baş qərargah qeyd edib.
Qeyd edək ki, İran bu savaşda Rusiyaya PUA kompleksləri verir.