23 Sentyabr 2022 10:46
828
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda Mahsa Amininin həbsi və daha sonra ölümündən sonra başlayan etirazlar davam edir.

Teleqraf.com xəbər verir ki, etiraz aksiyaları 6-cı gündür gedir.

Bəzi insan haqları təşkilatları artıq aksiyalarda 31 adamın həyatını itirdiyini bildirir.

Mahsa Amininin atası qızının sağlamlıq problemi olmadığını deyib və ölümə görə, polisin cavabdeh olduğunu bildirib.

Rəsmi IRNA xəbər agentliyi dünən Cənubi Şiraz şəhərində ciddi aksiyaların keçirildiyini, qarşıdurmaların olduğunu deyib.

Kermanşah bölgəsində isə dünən qarşıdurmada iki nəfər ölüb.

Aksiyalarda əsasən qadınlar iştirak edir. Onlar etiraz olaraq yaylıqlarını çıxarır və saçlarını kəsirlər.

İran Qinqilab Keçikçiləri Qvardiyası açıqlama yayaraq bildirib ki, prosesin arxasında həm ölkədə, həm də ölkə xaricindəki ünsürlər dayanır.

Açıqlamada İran xalqına dəstəyinə görə təşəkkür olunur, Amininin ailəsi və qohumlarına başsağlığı verilir.


Müəllif: Nemət

Oxşar xəbərlər