Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Praqada Paşinyanla görüşə bilər.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri İbrahim Kalın NTV telekanalına müsahibəsində deyib.
O bildirib ki, Ərdoğanın bu görüşü prosesə öz töhfəsini verəcək.
"Nazirlər Nyu Yorkda görüşüblər. Biz Azərbaycanın yanında olmuşuq və bundan sonra da olacağıq. Ermənistanla da əlaqəmiz davam edir. Nəticəyə gətirib çıxaracaq addımlar atmaq istəyirik". - Kalın vurğulayıb.