24 Sentyabr 2022 12:50
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail əsilli iş adamı Yair Gellerə qarşı sui-qəsd cəhdi ilə bağlı istintaq tamamlanıb. Prokurorluq şübhəlilərdən 5 nəfərə 24 il, bir nəfərə isə 28 il həbs cəzası istəyib.

Teleqraf.com xəbər verir ki, İran kəşfiyyatının İsrail əsilli iş adamı Yair Gellerə qarşı planlaşdırdığı və MİT-in ələ keçirdiyi sui-qəsdçilərlə bağlı mühüm yenilik yaşanıb.

İranın nüvə proqramının memarı Muhsin Fəhrizadənin öldürülməsinə cavab olaraq, Gelleri hədəf alan iranlı 6 nəfərlik sui-qəsdçinin istintaqı tamamlanıb.

İstanbul Respublika Prokurorluğu 5 şübhəlinin “siyasi və ya hərbi casusluq məqsədi ilə dövlətin məxfi məlumatlarını vermək” və “cinayət məqsədlə yaradılmış təşkilata üzv olmaq” ittihamları ilə 17 ildən 24 ilədək həbs cəzası tələb edib.

Şübhəlilərdən biri Saleh Moştaqın həm casusluq, həm də cinayət törətmək məqsədi ilə təşkilat yaratmaq ittihamı ilə 19 ildən 28 ilədək azadlıqdan məhrum edilməsi istənilib.

Aerokosmik müdafiə sənayesi, texnologiya, proqram təminatı və CNC dəzgahları istehsal edən CNC Advanced Technology and Engineering şirkətinin sahibi Yair Gellerin verdiyi ifadə iddianamədə yer alıb.

1 dekabr 2021-ci ildə İstanbul Polis İdarəsində ifadə verən Gellerin oktyabrda öldürüləcəyini eşitdiyini vurğulayıb: “1996-cı ildən Türkiyədə yaşayıram. Zaman-zaman İsraildə olmuşam, amma son 5-6 ildir davamlı olaraq Türkiyədəyəm.İstanbulda qalırm. CNC Advanced Technology Engineering şirkətinin qurucusu və sahibiyəm. Təxminən 6 həftə əvvəl axtarıldığımı öyrəndim. Mənə qarşı hər hansı tədbir hazırlayan və ya cəhd edən şəxs və ya şəxslər aidiyyəti qurumlarınız tərəfindən aşkar edilərək yaxalanarsa, mən iddiaçı və şikayətçiyəm”.


Müəllif: Nemət

Oxşar xəbərlər