Rusiyanın İdman Nazirliyi dövlət orqanlarına xaricdəki təlim-məşq toplanışlarını dayandırmağı əmr edib.
Teleqraf.com "Gazeta.ru"ya istinadən xəbər verir ki, Kreml lideri Vladimir Putinin qismən səfərbərlik elan etməsindən sonra Rusiya milli komandalarının təlim-məşq toplanışlarında və yarışlarda iştirak etmək üçün ölkədən çıxması qadağan edilib .
Rusiyanın idman naziri Oleq Matytsin deyib ki, bu qərar milli idman sənayesinin gücləndirilməsi, idmanın və iqtisadi suverenliyin formalaşması kursu ilə diktə olunur.
Qeyd edək ki, sentyabrın 21-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ölkəsində qismən səfərbərlik elan edib.