26 Sentyabr 2022 16:25
2 221
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kreml Rusiyanın Ukraynadakı hərbi əməliyyatları üçün ehtiyat qüvvələrin səfərbər edilməsi zamanı səhvlərə yol verildiyini etiraf edib və ölkə sərhədlərinin bağlanması ilə bağlı heç bir qərarın qəbul edilmədiyini bildirib.

Teleqraf.com xəbər verir ki, mövzu ilə bağlı açıqlamalar verən Kremlin sözçüsü Peskov, qismən səfərbərlik çərçivəsində ehtiyat qüvvələrin səfərbər olunması zamanı səhvlərə yol verildiyini etiraf edib:

“Həqiqətən də səfərbərlik fərmanının pozulduğu hallar var. Bəzi bölgələrdə qubernatorlar vəziyyəti düzəltmək üçün fəal işləyirlər. Ümid edirik ki, bütün səhvlər düzəldiləcək”.

Moskvanın hərbi xidmətə çağırış hüququ olan rusiyalı kişilərin ölkəni tərk etməsinin qarşısını almaq üçün qərar qəbul edib-etməyəcəyinə gəlincə, Peskov sərhədlərin bağlanması ilə bağlı qərarın verilmədiyini deyib.


Müəllif: Nemət