Yunanıstanın beynəlxalq hüquqa zidd olaraq Egeydəki GASA çərçivəsində olan Midilli və Samos adalarına zirehli texnika göndərməsinin ardından Türkiyənin Yunanıstan və ABŞ-a nota verməsi gərginliyi artırıb.
Teleqraf.com xatırladır ki, Yunanıstanın baş naziri Kiriakos Mitsotakis dünən verdiyi açıqlamada “Türkiyə təkdir” deyərək, “Yalnız Yunanıstan deyil, Avropa da var, NATO müttəfiqlərimiz də var” ifadəsini işlədib.
Müzakirə ilə bağlı son açıqlama Avropa İttifaqından (Aİ) gəlib.
Avropa Komissiyasının sözçüsü Peter Stano bildirib ki, Türkiyə mehriban qonşuluq münasibətləri və beynəlxalq hüquqa hörmət çərçivəsində bütün Aİ ölkələrinin suverenliyinə hörmət etməlidir.
Yunanıstanın AB üzvü olduğunu bildirən Stano Türkiyəni “gərginliyi azaltmağa və təkcə Yunanıstanla deyil, bütün AB ölkələri ilə də konstruktiv əməkdaşlıq yolunu tutmağa” çağırıb.
AB rəsmisi Stano, Aİ-nin Yunanıstanla həmrəy olduğunu ifadə edərək deyib ki, Türkiyənin təhdid ritorikasına son qoymasını gözləyirik.